Bank Of Baku

“DəmirBank” ABŞ mikromaliyyə təşkilatından 1,1 mln. dollarlıq kredit cəlb edib

“DəmirBank” ABŞ mikromaliyyə təşkilatından 1,1 mln. dollarlıq kredit cəlb edib
# 14 fevral 2012 12:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “DəmirBank” ASC ölkədə sahibkarlara mikro və kiçik biznes kreditlərinin verilməsini genişləndirmək məqsədilə ABŞ-ın “MicroVest” mikromaliyyə təşkilatı ilə yeni kredit müqaviləsi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, razılaşmaya əsasən, “MicroVest” mikro-maliyyə təşkilatının idarə etdiyi “MicroVest SDF L.P.” fondu tərəfindən “DəmirBank” üçün 1,1 mln. ABŞ dolları ayrılıb.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, “DəmirBank” “MicroVest” təşkilatı ilə əməkdaşlığa 2007-ci ildən başlayıb və yeni razılaşmalar daxil olmaqla ümumilikdə 6 mln. dollara yaxın vəsait cəlb edilib.

Xatırladaq ki, “DəmirBank” 1989-cu ildən “Azərdəmiryolbank” kimi fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə bankın 30 filialı, 55 bankomatı, 333 POS-terminalı və 745 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR