Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri müştərək investisiya fondlarının yaradılmasını müzakirə edib
14 fevral 2012 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nahyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və BƏƏ arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı rəsmi səfərlərin, imzalanmış sənədlərin, iki ölkə arasında İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb.
Görüşdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, İKT, turizm, alternativ və bərpa olunan enerji və s. sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda BƏƏ şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanlarından yararlanmaqla ölkə iqtisadiyyatına investisiya qoyuluşu imkanları qonaqların diqqətinə çatdırılıb.
Görüşdə həmçinin, müştərək investisiya fondlarının yaradılması və bu fondlar vasitəsilə digər ölkələrə investisiya qoyuluşu müzakirə edilib.

Maliyyə
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb
12:49
11 may 2024
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
16:46
10 may 2024
PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir
15:58
10 may 2024