Bank Of Baku

«Atəşgah Sığorta» şirkətinin regionda daha bir filialı fəaliyyətə başlayıb

«Atəşgah Sığorta» şirkətinin regionda daha bir filialı fəaliyyətə başlayıb
# 14 fevral 2012 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti regionlarda filial şəbəkəsinin inkişafı proqramı çərçivəsində və təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Bərdədə yeni ofis istifadəyə verilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialın açılışı rayon sakinlərinə şirkət tərəfindən təklif edilən bütün növ sığorta, o cümlədən «İcbari sığorta növləri haqqında» qanuna uyğun olaraq «Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası» xidmətlərini göstərmək imkanını verəcək.

Xatırladaq ki, hazırda «Atəşgah Sığorta» ölkə üzrə 10 regional ofisi (Sumqayıt, Gəncə, Salyan, Lənkəran, Xaçmaz, Mingəçevir, Şəki, İmişli, İsmayıllı və Bərdə) fəaliyyət göstərir.

Qeyd edək ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR