Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu səhmlərə investisiya edəcək

Azərbaycan Dövlət Neft Fondu səhmlərə investisiya edəcək
# 15 fevral 2012 06:56 (UTC +04:00)
Fondan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən 2012-ci il ərzində ARDNF-ın investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə investisiya edilə bilər.
«İlkin mərhələdə səhmlərə investisiyanın xarici menecerlər vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulur. Xarici menecerlərin seçilməsi xidmət təklifləri sorğusu üsulu ilə həyata keçiriləcək», - deyə Fonddan bildirilib.
Qeyd edək ki, 2012-ci il üzrə ARDNF-ın investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 23 mlrd. manata bərabər götürülür. İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun büdcəsində təsdiq edilmiş xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait çıxıldıqdan sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR