Bank Of Baku

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi dekabrda 2,2 dəfə artıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi dekabrda 2,2 dəfə artıb
# 15 fevral 2012 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci il dekabr ayında 17,067 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin noyabr ayı ilə müqayisədə bu göstərici 9,161 mln. manat və ya 2,2 dəfə, 2010-cu ilin dekabrına nisbətən isə 5,777 mlrd. manat və ya 51,2% artıb.

Bu dərəcədə aylıq artım ənənəvi haldır və ilin sonunda ödənişlərin kəskin artması ilə bağlıdır. Belə ki, məsələn, 2010-cu ilin dekabrında AZIPS-lə ödənişlərin həcmi aylıq müqayisədə 1,9 dəfə artıb. Dekabr ərzində ödənişlərin sayı 17 min və ya 46% artaraq 54 minə bərabər olub. Eyni zamanda 2010-cu ilin dekabrı ilə müqayisədə ödənişlərin sayında artım 42,1%-ə bərabərdir.

Dekabr ayında bir ödənişin ortalama həcmi 316,1 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 47,9%, əvvəlki ilin dekabra nisbətən isə 6,4% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR