Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
# 15 fevral 2012 09:07 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyasının, Prezident Administrasiyasının, Milli Məclisin, Baş Prokurorluğun, Vergilər Nazirliyinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən nazir Fazil Məmmədov Azərbaycanda korrupsiyaya qarşı mübarizə barədə məlumat verərək, bu sahədə Vergilər Nazirliyində müvafiq tədbirlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, Vergilər Nazirliyi sistemində bu mübarizənin əsas istiqamətləri vergi sistemində şəffaflığın artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və kadrların bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsidir.

Korrupsiyaya qarşı mübarizədə müasir informasiya texnologiyalarından istifadə edildiyini və elektron xidmətlərin tətbiqi olduğunu bildirən nazir bu sahədə həyata keçirilən tədbirlər barədə danaraq, vergi sistemində şəffaflığın təmin edilməsinə imkan verən elektron xidmətlər barədə məlumat verib.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində kifayət qədər güclü normativ hüquqi baza yaradılıb və dövlət qulluqçularının etik davranış kodeksləri qəbul edilib.

Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutner Azərbaycanda keçirilən konfransın əhəmiyyətini vurğulayaraq, beynəlxalq antikorrupsiya hərəkatı barədə danışıb, korrupsiyanın cəmiyyətin inkişafına mane olduğunu, ciddi sosial-iqtisadi, mənəvi-hüquqi problemlər və vətəndaşlarda dövlət orqanlarına inamsızlıq yaratdığını bildirib. M.Kreutner korrupsiyanın qarşısının alınmasında profilaktik tədbirlərin mühüm rol oynadığını, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin korrupsiya ilə mübarizə üzrə fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsinin də çox vacib olduğunu qeyd edib.

Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, QHT-lərin Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Aysu Məmmədova çıxış ediblər.

Konfransın sonunda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasını birgə təşviq etmək və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Beynəlxalq Antikorrupsiya Akademiyası və Vergilər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR