Bank Of Baku

Ötən il Azərbaycanda korrupsiya halları ilə bağlı Baş Prokurorluğa 3 mindən artıq müraciət daxil olub

Ötən il Azərbaycanda korrupsiya halları ilə bağlı Baş Prokurorluğa 3 mindən artıq müraciət daxil olub
# 15 fevral 2012 09:10 (UTC +04:00)
Şamaxı. Əli Əhmədov - APA-Economics. Ötən il Azərbaycanda korrupsiya halları ilə bağlı Baş Prokurorluğun qaynar xəttinə (161) 3 mindən artıq müraciət daxil olub.

«APA-Economics»in məlumatına görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, daxil olan məlumatlar əsasında ciddi tədbirlər həyata keçirilib: “Məlumatlar əsasında 27 cinayət işi başlanıb, 17 əməliyyat tədbirləri həyat keçirilib. Yəni cinayəti törədən şəxslər bilavasitə cinayət başında yaxalanıblar və işlər məhkəməyə göndərilib”.

K.Əliyev bildirib ki, müxtəlif məsələlərlə bağlı dövlət qurumlarına təqdimatlar dagöndərilib: «Bəzi məsələlər barədə işlər həmin qurumların özünə göndərilib və bununla bağlı tədbirlərin görülməsinə isə prokurorluq orqanları nəzarət edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR