Bank Of Baku

Gələn ay Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Gələn ay Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
# 15 fevral 2012 09:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Mart ayının ortasında Kişinyovda Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu bildirib.

Onun sözlərinə görə, iclas ilkin olaraq 12-16 marta təyin olunub. Hökumətlərarası Komissiyasının iclası ilə yanaşı, iş adamları üçün biznes-forum da keçiriləcək.

Bu həftə isə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti də Kişinyova səfər edəcək. nazir müavinin rəhbərlik edəcəyi heyət üzümçülük sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək, 15-18 fevralda Kişinyovda keçiriləcək “AQROTEX” sərgisində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR