Bank Of Baku

Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi dekabrda 34% artıb

Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi dekabrda 34% artıb
# 15 fevral 2012 10:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərinin həcmi 2011-ci il dekabr ayında 1,115 mlrd. manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, noyabr ayı ilə müqayisədə bu göstərici 280 mln. manat və ya 33,5% artıb.

XÖHKS ilə aparılan ödənişlərin sayında isə artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 14,8% artaraq dekabrda 2 246 minə çatıb. Nəticədə ödənişlərin ortalama həcmində də artım baş verib. Belə ki, dekabr ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 496,4 manat təşkil edib ki, bu da noyabr göstəricisindən 16,3% çoxdur.

Qeyd edək ki, 2010-cu ilin dekabra nisbətən XÖHKS ilə əməliyyatların sayı 2,3 dəfə, həcmi isə 40,1% artıb, bir ödənişin ortalama həcmi 38,3% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR