Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı plastik kartlar bazarında mövqeyini möhkəmlədir

Azərbaycan Beynəlxalq Bankı plastik kartlar bazarında mövqeyini möhkəmlədir
# 15 fevral 2012 10:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2011-ci ildə 25 yaşayış məntəqəsində bankomat və 983 ticarət nöqtəsində POS-terminallar quraşdırıb.

Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrünün sonuna ABB-nin bankomatlarının sayı 630, POS-terminallarının sayı 3 915-ə çatıb ki, bu da müvafiq olaraq ölkə üzrə 34% və 41% təşkil edir.

Ötən ildə daha 103 683 nəfər bankın plastik kartlarının sahibi olub və nəticədə ABB-nin aktiv plastik kartlarının sayı 1 865 712-yə çatıb. Bu göstərici ölkə üzrə plastik kart bazarının 40%-ni təşkil edir.

Ötən il ərzində bankın plastik kart əməliyyatlarının həcmi 2,5 mlrd. manata bərabər olub. Müqayisə üçün qeyd edək ki, 2002-ci ildə ABB-nin plastik kartlarının sayı 28 min, onlar üzrə dövriyyə isə 71 mln. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR