Bank Of Baku

Azərbaycanın Beynəlxalq Anti-Korrupsiya Akademiyasına üzv olması istiqamətində işlər aparılır

Azərbaycanın Beynəlxalq Anti-Korrupsiya Akademiyasına üzv olması istiqamətində işlər aparılır
# 15 fevral 2012 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atır. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Anti-Korrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutler bildirib.

M.Kreutlerin sözlərinə görə, dünyanın heç bir ölkəsində korrupsiyanın kökünü tamamilə kəsmək mümkün deyil və gələcəkdə də bu mümkün olmayacaq. «Amma dünyada korrupsiyaya qarşı mübarizə genişlənir. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atır və BMT-nin korrupsiya ilə bağlı konvensiyalarına qoşulub», - deyə M.Kreutler qeyd edib.

Azərbaycanda korrupsiya qarşı mübarizə sahəsində görülən işlərə toxunan M.Kreutler bildirib ki, hazırda Azərbaycanın Beynəlxalq Anti-Korrupsiya Akademiyasına üzv olması ilə bağlı məqsədyönlü işlər aparılır: «Sadəcə, bu sahədə səbirlə işləmək lazımdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR