Bank Of Baku

«KredoBank» ötən il aktivlərini 9% artırıb

«KredoBank» ötən il aktivlərini 9% artırıb
# 15 fevral 2012 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «KredoBank» ACS-nin aktivlərinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 90,418 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 21% artaraq 78,804 mln. manat, o cümlədən 12 ayadək verilən kreditlər 2,3% artaraq 23,036 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 4,8% artaraq 44,799 mln. manat, istehlak kreditləri 75% artaraq 14,497 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 23,4% genişlənərək 13,771 mln. manata, o cümlədən müddətli depozitlər 12,2% artaraq 9,837 mln. manata, tələb olunanadək depozitlər 66% artaraq 3,935 mln. manata, əhalinin əmanətləri isə 50% artaraq 13,772 mln. manata çatıb.

Qeyd edək ki, ötən il bankın cəmi müştərilərin sayı 9% artaraq 28 361, o cümlədən fiziki şəxslərin sayı 9,1% artaraq 25 451, hüquqi şəxsləri sayı isə 8,2% artaraq 2 910 olub. Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 12,2% azalaraq 388-ə, o cümlədən debet kartları 18% azalaraq 320-yə, kredit kartlarının sayı isə 31% artaraq 68-ə çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 15 filialı, 5 bankomatı və 90 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR