Bank Of Baku

Azərbaycanda təminatlı əqdlər haqqında qanun layihəsinə dair müzakirələr keçirilib

Azərbaycanda təminatlı əqdlər haqqında qanun layihəsinə dair müzakirələr keçirilib
# 15 fevral 2012 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə təminatlı əqdlər və daşınan əmlak üzrə hüquqların qeydiyyatı reyestrinin aparılması təcrübələrinə dair məşğələ keçirib.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə banklar və USAİD-in nümayəndələri iştirak edib.

Təminatlı əqd debitorla kreditor arasında bağlanan müqavilədir ki, onun şərtlərinə əsasən debitor öz öhdəliyini (krediti) təmin etmək üçün kreditora daşınar əmlaka dair qanunvericiliklə tətbiq edilə bilən hüquq verir. Bu cür müqavilə debitora, o cümlədən borcalanlara, öz daşınar aktivlərindən girov kimi istifadə edərək əlverişli faiz dərəcəsi ilə kredit əldə etməyə imkan verir. Təminatlı əqdlərdə debitor öz öhdəliklərini ödəyə bilmədiyi təqdirdə, girovun kreditor tərəfindən satılmasına razılıq verir.

Müasir təminatlı əqdlər sistemi üç ən əsas üstünlük təklif etməklə kreditə çıxış imkanlarını artırır: girov kimi təqdim edilə biləcək aktivlərin siyahısını genişləndirir, kreditorlara girova dair hüquqlarının prioritetliyinə zəmanət verir və debitorun/borcalanın defoltu zamanı girovun alınması üçün tələb olunan vaxtı və xərci azaldır.

«Kreditorlara kredit təmin etmək üçün kiçik və orta müəssisələrin daşınar əmlakına etibar etmək imkanını yaratmaqla, təminatlı əqdlər islahatı sahibkarların müəssisələrin yaradılması, inkişafı və genişləndirilməsi üçün lazım olan kredit vəsaitlərinə çıxış imkanlarını artıracaq», - deyə təminatlı əqdlər üzrə beynəlxalq ekspert olan Everet Vulerds bildirib.

Maliyyə təşkilatlarının nümayəndələri daşınar əmlak reyestrinin yaradılmasına ehtiyacın olduğunu və bu təşəbbüsü tam dəstəkləməyə hazır olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR