Azərbaycan-İran sərhədində yük maşınlarının keçidində yaranmış problem aradan qaldırılıb
15 fevral 2012 16:35 (UTC +04:00)
“APA-Economics”-in məlumatına görə, hazırda Astara şəhərindəki terminalda 60-a yaxın yük maşını, İran Astarası ərazisində də bir o qədər sayda maşın sərhədi keçmək üçün növbə gözləyir.
Sürücülərin sözlərinə görə, İran gömrükçüləri maşınların yükgötürmə qabiliyyətinin standartlara uyğun olmadığını bəhanə gətirərək, onların sərhədi keçmələrinə icazə vermirlər. Sürücülər bu tələblərin nə üçünsə Rusiyaya məxsus yük maşınlarına şamil edilmədiyini bildirirlər. Onların sözlərinə görə, Rusiyadan İran tərəfinə və ya əks istiqamətə gedən maşınlara qarşı heç bir tələb irəli sürülmədiyi halda, Azərbaycan maşınlarının hərəkətinə problem yaradılır.
Astara yük terminalının rəisi Rafael Abdullayev isə “APA-Economics”-ə bildirib ki, tərəflər arasında aparılan danışıqlardan sonra yaranmış problem artıq aradan qaldırılıb.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024