Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu qızıla investisiya qoymağa başlayıb

Azərbaycan Dövlət Neft Fondu qızıla investisiya qoymağa başlayıb
# 16 fevral 2012 07:56 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNF-dan bildirilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən, 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

«Bu məqsədlə 2012-ci il fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılıb» - deyə məlumatda bildirilir.

1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR