Bank Of Baku

«UniLeasing» ötən il lizinqə verdiyi avadanlıqların dəyərini 30% artırıb

«UniLeasing» ötən il lizinqə verdiyi avadanlıqların dəyərini 30% artırıb
# 16 fevral 2012 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin lizinq portfelinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 32,857 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstərici ilə müqayisədə 6,2% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində lizinq müqavilələrinin ümumi sayı 18% artaraq 1 748-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 30% artaraq 75,002 mln. manata çatıb.

Şirkətdən bildirilib ki, ötən il iqtisadiyyata yatırılan investisiyaların həcmi 7,3% azalaraq 17,407 mln. manat, nizamnamə kapitalının həcmi isə sabit qalaraq 1,8 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində şirkətin aktivlərinin həcmi 32% artaraq 2012-ci ilin yanvar ayının 1-nə 47,506 mln. manata, məcmu kapitalı isə 2,2% artaraq 5,529 mln. manata çatıb.

Qeyd olunan dövr ərzində şirkətin ümumi gəlirləri 5,4% artaraq 6,3 mln. manat, xərcləri isə 27% artaraq 5,627 mln. manat olub. Nəticədə şirkətin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 56,5% azalaraq 673 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi «UniBank» (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (33,33%) olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR