Bank Of Baku

«Zamin Bank» ötən il kreditləşməni 41% artırıb

«Zamin Bank» ötən il kreditləşməni 41% artırıb
# 16 fevral 2012 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin kredit portfelinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 217,005 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 41% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın 12 ayadək verdiyi kreditlərin həcmi 4,5% artaraq 44,230 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 54% artaraq 172,775 mln. manat, istehlak kreditləri 50% artaraq 66,869 mln. manat, vaxtı keçmiş kreditlər isə 62% artaraq 6,007 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 99% artaraq 111,192 mln. manat, o cümlədən müddətli depozitlər 70% artaraq 71,184 mln. manat, tələb olunanadək depozitlər 2,8 dəfə artaraq 40,008 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 85% artaraq 89,564 mln. manata çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 38 bankomatı və 1 891 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR