Bank Of Baku

IFC Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

IFC Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
# 16 fevral 2012 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir. IFC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimovanın «APA-Economics»ə verdiyi məlumata görə, hazırda IFC Azərbaycanın bir neçə bankı ilə kiçik və orta sahibkarlıq subyektləri ilə işin aparılmasına dair xüsusi funksiyanın və risk menecmentin yaradılması istiqamətində danışıqlar aparır.

«Bu istiqamətdə IFC tərəfindən texniki yardım göstəriləcəyi gözlənilir», - deyə A.Əliyeva bildirib. IFC-nin Azərbaycandakı fəaliyyətinə gəldikdə isə, A.Əzimova qeyd edib ki, IFC İqstiadi İnkişaf Nazirliyi ilə birgə ölkədə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində müəyyən işləri həyata keçirir: «Eyni zamanda, biz ölkədə kredit bürolarının yaradılması istiqamətində də fəaliyyət göstəririk».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR