Bank Of Baku

Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib

Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib
# 16 fevral 2012 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycanda dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Avropa Birliyinin Avropa Qonşuluq Siyasətinin Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Maliyyə Nazirliyinin benefisiarı olduğu «Azərbaycanda dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» adlı Tvinninq layihəsi çərçivəsində seminarların keçirilməsi davam etdirilir.

Fevralın 15-16-da layihənin ekspertləri tərəfindən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müvafiq vəzifəli şəxsləri üçün «Dövlət xərclərinə ümumi nəzarət mövzusunda ixtisaslaşma seminarı» keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR