Bank Of Baku

Gələn həftə Belarusun iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gələn həftə Belarusun iqtisadiyyat naziri Azərbaycana səfər edəcək
# 16 fevral 2012 15:23 (UTC +04:00)
Bakı - APA-Economics. Fevralın 21-23-də Belarusun iqtisadiyyat naziri Nikolay Snopkovun başçılıq etdiyi nümayəndə heyətinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Belarusun Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində Nikolay Snopkov Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək.

Belarus tərəfi ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Belarus və Azərbaycanda birgə innovasiya və investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə etmək niyyətindədir.

Bundan başqa, səfər zamanı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Belarus İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanacaq, Azərbaycan işgüzar dairələrinin iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR