Bank Of Baku

Ötən il «NBC Bank»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 2 dəfədən çox artıb

Ötən il «NBC Bank»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 2 dəfədən çox artıb
# 17 fevral 2012 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin əhalidən cəlb etdiyi əmanətlərin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 23,480 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar ayının 1-nə bankın kredit portfeli ötən illə müqayisədə 22,8% artaraq 52,5 mln. manata çatıb ki, bu artım da əsasən biznes, istehlak və ipoteka kreditlərində müşahidə olunub.

Bank həmçinin 2011-ci ildə Azərbaycan İpoteka Fondunun müvəkkil banklar siyahısına daxil olaraq ipoteka kreditləri verməyə başlayıb. Eyni zamanda ötən illə müqayisədə bank aktivlərinin artımı müvafiq olaraq 26,8% təşkil edib.

Bundan başqa, ötən il «NBC Bank» ASC səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, əldə olunan mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi həyata keçirilib və nəticədə bankın nizamnamə kapitalı artaraq 16,390 mln. manat məbləğinə çatdırılıb.

“NBC Bank” ASC 2011-ci ildə regionlarda filial şəbəkəsini genişləndirərək Lənkəran və Şəki şəhərlərində 2 yeni filial açıb. Bununla da bankın filial sayı Bakı və regionlarda 10-a çatıb.

Qeyd edək ki, «NBC Bank» ASC 1992-ci ilin dekabr ayından «Ruzu» SKB adı ilə fəaliyyətə başlayıb, 2002-ci ilin yanvarından isə bankın adı «NBC Bank»a dəyişib. «NBC Bank»ın baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə, Lənkəran və Şəki filialları olmaqla 10 filial, həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR