Bank Of Baku

«Texnikabank» məcmu aktivlərini 21% artırıb

«Texnikabank» məcmu aktivlərini 21% artırıb
# 17 fevral 2012 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin fevral ayının 1-nə 613,701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22% artaraq 446,105 mln. manat, o cümlədən istehlak kreditləri 4,2% artaraq 28,406 mln. manat, depozit portfeli 23% genişlənərək 314,865 mln. manat olub.

Bu dövr ərzində bankın məcmu kapitalı 57% artaraq 100,595 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,6% artaraq 64,8 mln. manat təşkil edib.

Qeyd edək ki, yanvar ayında bankın ümumi gəlirləri 5,031 mln. manat, xərcləri isı 5,003 mln. manat olub. Nəticədə bankın mənfəəti 27,7 min manat təşkil edib.

Xatırladaq ki, Texnikabank ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı, 105 bankomatı, 1 319 POS-terminalı və 742 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR