Bank Of Baku

«DəmirBank»da əmanətlərin həcmi ötən ildə 20% artırıb

«DəmirBank»da əmanətlərin həcmi ötən ildə 20% artırıb
# 17 fevral 2012 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin kredit portfelinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 265,503 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 7,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın 12 ayadək verdiyi kreditlərin həcmi 6,3% artaraq 100,910 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 0,5% artaraq 151,935 mln. manat, istehlak kreditləri 17% artaraq 71,129 mln. manat, vaxtı keçmiş kreditlər isə 3% azalaraq 12,657 mln. manat olub.

Hesabat ilində bankın Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi kreditlərin portfeli 39% artaraq 23,276 mln. manata, bankın öz proqramı vasitəsilə verilən kreditlərin portfeli 11,2% azalaraq 2,854 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın depozit portfelinin həcmi 1,8% artaraq 148,510 mln. manat, o cümlədən müddətli depozitlər 17,5% artaraq 104,473 mln. manat, tələb olunanadək depozitlər 23% azalaraq 44,037 mln. manat, əhalidən cəlb edilən əmanətlər isə 19% artaraq 112,714 mln. manat təşkil edib.

Xatırladaq ki, 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Hazırda «DəmirBank»ın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə bankın 30 filialı, 55 bankomatı, 333 POS-terminalı və 745 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR