Bank Of Baku

Aprelin 20-dək Dünya Bankına yeni prezident seçiləcək

Aprelin 20-dək Dünya Bankına yeni prezident seçiləcək
# 18 fevral 2012 03:46 (UTC +04:00)
Bakı-APA. Dünya Bankının Direktorlar şurası bu il aprelin 20-dək yeni prezidenti təyin edəcək. Bu barədə Bankın mətbuat xidməti məlumat yayıb. 2007-ci ildən DB-da prezident vəzifəsini Robert Zellik tutur. Zellik bu ilin yayında istefaya gedəcək.

ABŞ və Qərbi Avropa arasındakı qeyri-rəsmi «centlmen sazişi»nə görə Dünya Bankının prezidenti amerikalı, Beynəlxalq Valyuta Fondunun rəhbəri isə avropalı təyin olunur.

Prezidentliyə namizədlər martın 23-dək Direktorlar şurasının üzvləri tərəfindən irəli sürülə bilərlər. Şura üzvləri namizədi ya öz adlarından, ya da təmsil etdikləri ölkənin adından irəli sürə bilərlər.

Dünya Bankının Direktorlar şurasına 25 nəfər daxildir. Dünyanın aparıcı 8 dövlətinin Şurada şəxsi təmsilçiləri var. Digər direktorlar ölkələr qrupunun marağını təmsil edirlər. Bankın həmçinin prezident vəzifəsinə namizəd irəli sürə biləcək «menecer»ləri də var. Bu «menecer»lər təşkilata daxil olan ölkələrin müvafiq nazirləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR