Bank Of Baku

Gələn ay «TuranBank»ın səhmdarlarının ümumi iclası keçiriləcək

Gələn ay «TuranBank»ın səhmdarlarının ümumi iclası keçiriləcək
# 18 fevral 2012 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il martın 16-da «TuranBank» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın 2011-ci ildəki fəaliyyətinin yekunları, maliyyə göstəriciləri və bu il üçün strateji planlar müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «TuranBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR