Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı isitmə soyutma sistemi üçün elan etdiyi sorğunun nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı isitmə soyutma sistemi üçün elan etdiyi sorğunun nəticələrini açıqlayıb
# 18 fevral 2012 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati binasının mərkəzi soyutma qurğusunda kompressorun, mərkəzi isitmə və soyutma qurğusunun, çirkab su nasoslarının və isitmə soyutma sistemi üçün fankoillərin alınması və quraşdırılması üzrə elan etdiyi sorğunun nəticələrini açıqlayıb.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, təkliflər sorğusunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib və aparılan qiymətləndirmənin nəticələrinə görə “Marcom” MMC qalib elan edilib.

AMB-dən bildirib ki, qalib gəlmiş şirkətlə AMB arasında müvafiq xidmət müqaviləsi də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR