Bank Of Baku

Azərbaycan iqtisadiyyatında muzdla çalışanların orta aylıq məvacibi ötən il 10% artıb

Azərbaycan iqtisadiyyatında muzdla çalışanların orta aylıq məvacibi ötən il 10% artıb
# 18 fevral 2012 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilinə nisbətən 9,5% artaraq 363,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə 2011-ci ildə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 176,6 manat, qeyri-neft sektorunda 340,5 manat, dövlət bölməsində 302,5 manat, özəl bölmədə isə 464,3 manat təşkil edib.

«Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 195,8 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 356 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR