Bank Of Baku

Gələn ay «Royal Bank»ın səhmdarlarının toplantısı keçiriləcək

Gələn ay «Royal Bank»ın səhmdarlarının toplantısı keçiriləcək
# 20 fevral 2012 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin martın 18-də «Royal Bank» ASC-nin səhmdarlarının növbəti yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın illik hesabatı, bank tərəfindən yeni səhm emissiyasının buraxılması, İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibi və s. məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR