Bank Of Baku

Yaponiyanın xarici ticarət balansının kəsiri son 30 ildə tarixi maksimuma çatıb

Yaponiyanın xarici ticarət balansının kəsiri son 30 ildə tarixi maksimuma çatıb
# 20 fevral 2012 08:13 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il Yaponiyanın idxal və ixracı arasındakı fərq 19 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, Yaponiya Maliyyə Nazirliyi bunun son 30 ildə ən pis göstərici olduğunu bəyan edib.

Yaponiya milli valyutasının (yen) kursunun yüksəlməsi və qlobal tələbatın azalması nəticəsində ixracın həcmi illik müqayisədə 9% azalıb.

Ötən il martın 11-də baş vermiş zəlzələ və sunaminin, o cümlədən “Fukusima-1” AES-də baş vermiş qəza nəticəsində idxalın, əsasən də yanacaq idxalının həcmi 10% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR