Bank Of Baku

«AtaBank» ötən il depozit portfelini 36% artırıb

«AtaBank» ötən il depozit portfelini 36% artırıb
# 20 fevral 2012 08:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin depozit portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 195,159 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan göstəricidən 36% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın müddətli depozitləri 6,4 dəfə artaraq 163,080 mln. manata, tələb olunanadək depozitləri 2,2% azalaraq 32,079 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 20% artaraq 101,903 mln. manata çatıb.

Hesabat ilində bankın kredit portfeli 38% artaraq 146,7 mln. manat, o cümlədən istehlak kreditləri 6% artaraq 314,149 mln. manat olub.

Bundan başqa, qeyd olunan dövr ərzində bankın bankomatlarının sayı 19% artaraq 64-ə, POS-terminalların sayı isə 604-ə çatıb. İlin nəticələrinə görə, bankın xalis mənfəəti 3,1 mln. manat təşkil edib.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR