Azərbaycan Beynəlxalq Bankı ötən il 14 mln. manatdan artıq ipoteka krediti ayırıb
20 fevral 2012 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki şəxslərə indiyədək 381 263 800 manat həcmində kreditlər verib.
Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il ərzində bank tərəfindən 7 mln. manata yaxın vəsait mikrokredit şəklində bölgələrdə kiçik müəssisə və təsərrüfatların genişləndirilməsi və inkişafına yönəldilib.
Ötən il ərzində ABB ipoteka kreditləşməsinə də xüsusi önəm verib. Belə ki, əgər bank tərəfindən Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləşməsinə 6,6 mln. manat vəsait yönəldilibsə, ABB öz ipoteka proqramı çərçivəsində ölkə vətəndaşlarına 7,6 mln. manat həcmində vəsait təqdim edib.

Maliyyə
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
19:35
25 may 2024
"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
17:52
25 may 2024
"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
17:01
25 may 2024
Qarabağda Bir başlanğıc daha: Kapital Bank-ın Xankəndi filialı açılıb
14:57
25 may 2024