Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətlərinin 45%-i xarici valyutada yerləşdirilib

Azərbaycan əhalisinin bank əmanətlərinin 45%-i xarici valyutada yerləşdirilib
# 20 fevral 2012 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvarın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36% artaraq 4 119,8 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə milli valyutada qoyulmuş əmanətlərin həcmi xarici valyuta depozitlərini üstələyərək 2 281,7 mln. manat və ya əmanətlərin ümumi həcminin 55,4%-ni təşkil edib. Bu isə xarici valyutada olan əmanətlərin həcmindən 24% və ya xüsusi çəkisindən təxminən 11 faiz bəndi çoxdur.

Bununla yanaşı bildirilir ki, bank əmanətlərinin 76,4%-i özəl banklarda yerləşdirilib.

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,51 manat, 1 avroya 1,01 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR