Bank Of Baku

«Bank VTB Azerbaijan»ın qeyri-faiz zərəri 4% artıb

«Bank VTB Azerbaijan»ın qeyri-faiz zərəri 4% artıb
# 20 fevral 2012 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiya «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC 2011-ci ili 3,339 mln. manat zərərlə başa vurub ki, bu da 2010-cu ilin zərərindən 26% azdır.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirləri 59% artaraq 4,905 mln. manat, o cümlədən faiz gəlirləri 51% artaraq 4,359 mln. manat, qeyri-faiz gəlirləri isə 2,6 dəfə artaraq 545 min manat olub. Bununla yanaşı, ötən il bankın ümumi xərcləri 8,8% artaraq 8,243 mln. manata, o cümlədən faiz xərcləri 10% artaraq 1,171 mln. manata, qeyri-faiz xərcləri isə 8,6% artaraq 7,073 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 75% artaraq 3,188 mln. manat, qeyri-faiz zərəri isə 3,6% artaraq 6,528 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR