Bank Of Baku

«Kövsər Bank» tezliklə yenidən fəaliyyətə başlamaq niyyətindədir

«Kövsər Bank» tezliklə yenidən fəaliyyətə başlamaq niyyətindədir
# 20 fevral 2012 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilən «Kövsər Bank» ASC yaxın vaxtlarda yenidən fəaliyyətə başlamağı planlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri vəzifəsini icra etmiş Heydər İbrahimov bildirib.

H.İbrahimovun sözlərinə görə, lisenziyanın bərpası istiqamətində müvafiq məhkəmə prosesi aparılır: «Biz bu məhkəmənin yekununu gözləyirik. Məhkəmə işi başa çatdıqdan sonra qısa zaman ərzində fəaliyyətimizi bərpa edəcəyik. Bu istiqamətdə müəyyən danışıqlar da aparılır».

Qeyd edək ki, 2010-cu il dekabrın 1-də AMB-nin İdarə Heyətinin qərarı ilə «Kövsər Bank» ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilib.

Lisenziyanın ləğv edilməsinə əsas səbəb kimi bankın minimum məcmu kapital tələbinə əməl etməməsi, bank qanunvericiliyinin tələblərinin pozulması, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirilməməsi göstərilir. Həmçinin, AMB-nin İdarə Heyətinin qərarı ilə «Kövsər Bank» ASC-yə AMB-nin müvəqqəti inzibatçıları təyin edilib.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Nəticədə, 2010-cu il oktyabrın 1-nə bankın aktivləri 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər təklif etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR