Bank Of Baku

Britaniya bankı rəhbərlərini 2 mln. dollar bonusdan məhrum edib

Britaniya bankı rəhbərlərini 2 mln. dollar bonusdan məhrum edib
# 20 fevral 2012 14:51 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın “Lloyds Banking Group” ilk dəfə olaraq bank qrupunun 10 top-menecerinin, o cümlədən keçmiş icraçı direktor Erik Denielsin 2 mln. dollar bonusunu ixtisar edib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, buna səbəb 2008-ci ildə müştərilərin kredit sığortası polislərinin uğursuz reallaşdırılması ilə bağlıdır. Nəticədə bank 3,2 mlrd. funt-sterlinq kompensasiya ödəməli olub.

Qərara əsasən, E.Deniels 600 min dollar, Direktorlar Şurasının üç üzvü hərəyə 250 min, bankın daha altı vəzifəli şəxsi isə 100 min dollar itirəcək. Bu, Britaniyada pis maliyyə göstəricilərinə görə bank rəhbərlərinin bonusdan ilk məhrum olunma halıdır.

“Lloyds Banking Group”un hazırkı icraçı direktoru Antonio Xorto-Osorio 2011-ci il üçün bonusundan imtina etdiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR