Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gələcək

Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gələcək
# 21 fevral 2012 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə missiyası Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə AYİB-in Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Bankın Bakı ofisindən verilən məlumata görə, missiyaya AYİB-in maliyyə institutları üzrə icraçı direktoru Nikolas Tisseyman (Nicolas Tisseyman) və Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə direktoru Mark Teylor (Mark Taylor) daxildir: «Fevralın 29-dan martın 2-dək davam edəcək səfər çərçivəsində AYİB-in rəsmiləri Azərbaycanda bir sıra maliyyə institutları və təşkilatlarında, o cümlədən Avropa Bankının səhmdar olduğu «Rabitəbank» ASC və «Access Bank» QSC-nin nümayəndələri ilə görüşlər keçirəcək, ölkənin maliyyə sektorunun hazırkı vəziyyəti ilə tanış olacaqlar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR