Bank Of Baku

Azərbaycanda əsas kapitala investisiyalar yanvarda 5% artıb

Azərbaycanda əsas kapitala investisiyalar yanvarda 5% artıb
# 21 fevral 2012 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 459,4 mln. manat vəsait yönəldilib, onun 46%-i və ya 211,3 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 4,8% artıb. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 213,6 mln. manat, qeyri-dövlət müəssisələri isə 245,8 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 259,4 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 200 mln. manatlıq vəsaitdən istifadə edilib.

«Əsas kapitala yönəldilmiş vəsaitin 47,2%-ni daxili, 52,8%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 70,7%-i dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 29,3%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb», - deyə Komitədən bildirilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 278,4 mln. manat (ümumi vəsaitin 60,6%-i), bank kreditləri 60,4 mln. manat (13,1%-i), büdcə vəsaitləri 78,9 mln. manat (17,2%-i), büdcədənkənar fondların vəsaitləri 22 mln. manat (4,8%-i), əhalinin şəxsi vəsaitləri 19,7 mln. manat (4,3%-i) təşkil edib.

Yanvar ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 230,3 mln. manatı (50,1%-i) neft bölməsi, 229,1 mln. manatı (49,9%-i) qeyri-neft bölməsi, o cümlədən 11,8 mln. manatı (2,6%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib.

Qeyd edək ki, hesabat ayında Gəncə şəhərində Alüminium Zavodu Kompleksi və Goranboy rayonunda Şahmat Məktəbi istifadəyə verilib. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 168,2 min kv. metr olan yeni yaşayış evləri istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR