Polşa 2016-cı ilə qədər avrozonaya qoşulmayacaq
21 fevral 2012 14:13 (UTC +04:00)
Bakı - APA-Economics. Polşa öz milli valyutasını - zlotını 2016-cı ilə qədər avroya dəyişdirməyəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə Polşa Mərkəzi Bankının rəhbəri Marek Belka bankın saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, polyaklar avronun böhranını nəzərə alaraq zlotını Avropa Birliyinin (AB) valyutasına dəyişmək istəmirlər: “Bu gün avro bizim üçün əvvəlki kimi cəlbedici deyil. Ona görə də səlahiyyət müddətimin bitdiyi 2016-cı ilə qədər Polşada avro tətbiq edilməyəcək”.
Qeyd edək ki, AB-yə üzvlük haqqında saziş Polşanın üzərinə avrozonaya qoşulmaq öhdəliyi qoyur. Lakin büdcə kəsiri və milli valyutanın qeyri-stabilliyi səbəbindən Polşa avrozonaya qoşulmaq kriteriyalarına cavab vermir.

Maliyyə
ABB-nin Suraxanı filialı yenilənib
14:15
15 may 2024
ABA sədri: Rəqəmsal bankların formalaşdırılması ilə bağlı qanunvericilik islahatları həyata keçirilməlidir
11:33
15 may 2024
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
11:15
15 may 2024
PAŞA Sığortadan Beynəlxalq Ailə Gününə özəl endirim kampaniyası başladı!
10:54
15 may 2024