Bank Of Baku

Azərbaycanda əsas kapitala xarici sərmayələr yanvarda 48% artıb

Azərbaycanda əsas kapitala xarici sərmayələr yanvarda 48% artıb
# 21 fevral 2012 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 242,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,6% artıb.

«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar ayında əsas kapitala yönəldilmiş xarici vəsaitin 211,6 mln. manatı və ya 87,3%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç və Türkiyə investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR