Bank Of Baku

«Günay Bank» ötən il aktivlərini 14% artırıb

«Günay Bank» ötən il aktivlərini 14% artırıb
# 21 fevral 2012 14:32 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 37,545 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə 13,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 4,1% azalaraq 26,836 mln. manat, depozit portfeli 23% artaraq 9,418 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın məcmu kapitalı 14% artaraq 12,064 mln. manata çatıb, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,024 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 1% artaraq 5,644 mln. manat, xərcləri isə 21% artaraq 2,214 mln. manat təşkil edib. Nəticədə, 2011-ci ildə bankın əldə etdiyi mənfəətin həcmi 1,453 mln. manat olub. Xatırladaq ki, 2010-cu ili bank 1,522 mln. manat zərərlə başa vurub.

Təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR