Bank Of Baku

«Atəşgah Sığorta» ilin əvvəlindən icbari avtomobil sığortası üzrə 10 min manat ödəyib

«Atəşgah Sığorta» ilin əvvəlindən icbari avtomobil sığortası üzrə 10 min manat ödəyib
# 22 fevral 2012 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti cari ilin əvvəlindən icbari avtomobil sığortası üzrə təxminən 10 min manatlıq sığorta ödənişi həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən indiyədək icbari avtomobil sığortası üzrə ən iri ödəniş 2600 manat təşkil edib. Bu məbləğ yanvarın 26-da Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş «Nissan Sunny» markalı avtomobilin sahibinə təqdim edilib.

Qeyd edək ki, bu sığorta ödənişləri «İcbari sığorta haqqında» yeni qanun çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 2011-ci ilin dekabr ayından İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə on-line rejimdə «Avtonəqliyyat vasitələri sahiblərinin icbari sığortası» üzrə ilk polisin satışını həyata keçirib.

«Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib. Şirkət müştərilərə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR