Bank Of Baku

“ABB-Moskva” “Rusiya bank sisteminin inkişafına töhfəsinə görə” fərdi diplomla təltif edilib

“ABB-Moskva” “Rusiya bank sisteminin inkişafına töhfəsinə görə” fərdi diplomla təltif edilib
# 10 aprel 2012 11:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə bankı olan «ABB-Moskva» Rusiya Banklar Assosiasiyanın XXIII qurultayında iştirak edib və “Rusiya bank sisteminin inkişafına töhfəsinə görə” fərdi diplomla təltif edilib.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qurultayda “ABB-Moskva”nın idarə heyətinin sədri Fuad Abdullayev çıxış edib.

F.Abdullayev iqtisadi artımın sürətləndirilməsinin amili kimi bank sistemlərinin effektiv əməkdaşlığına həsr olunan məruzəsində bank sistemlərinin inteqrasiyası ilə bağlı bir sıra aktual məsələ və problemlərə toxunub. F.Abdullayev “Bank ictimaiyyəti qarşısında xidmətə görə” fərdi medalla təltif edilib.

Qeyd edək ki, “ABB-Moskva” 2002-ci ildə təsis edilib, hazırda bank Rusiyanın ən iri 150 bankın sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR