Bank Of Baku

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib
# 10 aprel 2012 12:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC «OPEC Fund for International Development» (OFID) təşkilatı ilə yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma əldə edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, imzalanan müqaviləyə əsasən, OFID tərəfindən 5 il müddətinə «Dəmirbank» üçün 5 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb.

Bankdan bildirilib ki, cəlb olunmuş vəsait ölkədə kiçik və orta sahibkarlığın kreditləşməsinə yönəldiləcək.

Xatırladaq ki, 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayan «DəmirBank»ın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR