Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Çeçenistanla mədəni-iqtisadi əməkdaşlıq haqqında saziş imzalamaq üçün Qroznıya səfər edəcək

Azərbaycan nümayəndə heyəti Çeçenistanla mədəni-iqtisadi əməkdaşlıq haqqında saziş imzalamaq üçün Qroznıya səfər edəcək
# 10 aprel 2012 12:35 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycanın hökumət nümayəndə heyəti Azərbaycan və Rusiya Federasiyasının Çeçenistan Respublikası arasında mədəni-iqtisadi əməkdaşlıq haqqında saziş imzalamaq üçün Qroznıya səfər edəcək.

APA-Economics”in Çeçenistan hökumətinin saytına istinadən xəbərinə görə, bu barədə Çeçenistan baş nazirinin müavini, maliyyə naziri Əli İsayev respublika rəhbəri Ramzan Kadırovla görüşündə bildirib.

“Azərbaycan tərəfi Çeçenistan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması və inkişafında maraqlı olduğunu bildirib. Onlar mədəni-iqtisadi əməkdaşlıq haqqında saziş layihəsini bizə təqdim ediblər və bu sənədi imzalamaq üçün Qroznıya səfər etmək arzularını diqqətə çatdırıblar” - deyə Ə.İsayev qeyd edib.

Öz növbəsində R.Kadırov Çeçenistan rəhbərliyinin Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb: “Azərbaycan rəhbərliyinin ən aktual məsələlərin həllində böyük təcrübəsi var. Bu ölkə iqtisadi, siyasi və sosial potensialını möhkəmləndirməklə dinamik inkişaf edir. Azərbaycan hökumətinin siyasətində ən çox xoşuma gələn öz mədəni dəyərlərini diqqət və qayğı ilə qorumalarıdır. Biz onlardan müxtəlif sahələrdə iş təcrübəsi öyrənə bilərik. Azərbaycanla hərtərəfli əməkdaşlığı möhkəmləndirməyə çalışmaq zəruridir”.

Qeyd edək ki, bu ilin aprel ayında Çeçenistan baş nazirinin müavini, maliyyə naziri Əli İsayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində yerli biznesmenlər üçün Çeçenistanın iqtisadi imkanlarına dair təqdimat keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR