Bank Of Baku

«Bank of Baku» nizamnamə kapitalını kəskin artırır

«Bank of Baku» nizamnamə kapitalını kəskin artırır
# 10 aprel 2012 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank of Baku» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 15,55 manat, sayı 3,4 mln. ədəd, emissiyanın ümumi həcmi isə 52,870 mln. manat təşkil edir. Emissiya «Bank of Baku»nun bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 7,70 manat olan 3,4 mln. ədəd və 26,180 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 2 dəfədən çox artaraq 52,870 mln. manata çatacaq.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Hazırda bankın nizamnamə kapitalı 26,180 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR