Bank Of Baku

İspaniya hökuməti təhsil və səhiyyə xərclərini azaldır

İspaniya hökuməti təhsil və səhiyyə xərclərini azaldır
# 11 aprel 2012 08:22 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniya hökuməti əlavə 10 mlrd. avroya qənaət etmək məqsədilə təhsil və səhiyyə xərclərini azaltmaq niyyətində olduğunu bəyan edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, İspaniyanın maliyyə naziri Mariano Raxoy sabit səhiyyə sisteminə malik olmaq üçün ixtisarların zəruri olduğunu bildirib.

İnvestorlar İspaniyanın Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı istəyən dördüncü avrozona ölkəsi olacağından qorxurlar. Bundan əvvəl Yunanıstan, Portuqaliya və İrlandiya analoji xahişlə adı çəkilən qurumlara müraciət edib. M.Raxoy da maliyyə yardımı istəyəcəklərini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR