Bank Of Baku

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi azalır

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi azalır
# 12 aprel 2012 11:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. “Kaşaqan” yatağının işlənməsinin təxirə salınması ilə əlaqədar müşahidə olunur.

APA-Economics”in xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Kaşaqan” yatağının işlənməsi 2017-2018-ci ilə təxirə salınıb və nəticədə neft nəqlinin həcmində azalma qeydə alınıb.

Səfir qeyd edib ki, Azərbaycan ötən il Qazaxıstandan 1,1 mln. ton, bu il isə 0,5 mln. ton buğda alıb: “Bunun səbəbi isə odur ki, Azərbaycan müvəffəqiyyətlə inkişaf edir və buğdaya olan tələbatını özü ödəyə bilir”.

S.Primbetov sadalanan amillər səbəbindən Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi azalaraq 300 mln. dollara enib: “Ancaq ümid edirik ki, neftin hasilatının və Azərbaycan ərazisi ilə nəqlinin artması nəticəsində ticarət dövriyyəsinin həcmi yenidən artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR