Bank Of Baku

Azərbaycan sığorta bazarı I rübdə 70% artıb

Azərbaycan sığorta bazarı I rübdə 70% artıb
# 13 aprel 2012 07:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 81,638 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 66% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 28% artaraq 16,630 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 5,8 dəfə artaraq 4,720 mln. manat, qeyri-həyat sığortası üzrə 55% artaraq 55,817 mln. manat, icbari sığorta növləri üzrə isə 59% artaraq 21,1 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 10 dəfə artaraq 172,608 min manat, qeyri-həyat sığortası üzrə 34% artaraq 14,686 mln. manat, icbari sığorta növləri üzrə isə 11% azalaraq 1,771 mln. manat təşkil edib.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (32,239 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (10,954 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (10,366 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (5,350 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 39%, 13%, 12,7% və 6,5% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (7,740 mln. manat və ya 46%), «Avtonəqliyyat vasitələrinin sığortası» (4,625 mln. manat və ya 28%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (1,268 mln. manat və ya 7,6%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR