Bank Of Baku

Bu ilin I rübündə Çində ÜDM 8,1% artıb

Bu ilin I rübündə Çində ÜDM 8,1% artıb
# 13 aprel 2012 09:45 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I rübündə Çində ÜDM illik müqayisədə 8,1% artıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin Dövlət Statistika Bürosu açıqlama yayıb.

Bu göstərici analitiklərin gözləntilərindən 0,2 faiz bəndi aşağı olub. Hesabatda bunun səbəbi kimi dünyada qeyri-stabil iqtisadi vəziyyət və daxili iqtisadi çağırışlar göstərilib. Sənəddə ölkə iqtisadiyyatının artımının “sabit” və “müqayisədə yüksək” olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəlki - 2011-ci ilin son rübündə Çində ÜDM 8,9% artıb. Ötən ilin yekunlarına əsasən isə iqtisadi artım 9,2%, 2010-cu ildə 10,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR