Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 7,3%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 7,3%-ə çatıb
# 13 aprel 2012 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin mart ayı və I rübü ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. İTM-dən «APA-Economics»ə verilən məlumata görə, mart ayında Azərbaycanda istehlak qiymətləri 0,54% artıb. Bu zaman ərzaq məhsulları 1,08% bahalaşıb, qeyri-ərzaq məhsulları 0,26% ucuzlaşıb, xidmət tarifləri isə 0,12% artıb.

Fevral ayına nisbətdə martda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,68%, regionlarda 0,41% artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 1,55%, regionlarda 0,61% bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,59% ucuzlaşıb, regionlarda isə 0,07% yüksəlib. Xidmətlərin dəyəri Bakıda 0,04% azalıb, regionlarda isə 0,29% artıb. Ay ərzində ən çox mövsümi amillərlə bağlı göyərti (20,16%), 1-3 yaşlı uşaqlar üçün qış kostyumları (8,65%) və baş soğan (6,73%) ucuzlaşıb. Bahalaşma isə toyuq (5,70%), nar (11,60%), qatıq (1,82%) və digər məhsullarda qeydə alınıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin I rübündə ölkədə 1,11%, o cümlədən Bakıda 1,54%, regionlarda isə 0,69% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 2,34%, xidmətlər 0,95% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,29% ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 7,25% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10,23%, regionlarda isə 4,33% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (11,43%) olub. Qeyri-ərzaq məhsullarında artım 0,72%, xidmətlərdə isə 5,01% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR